Kriminal
Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, hadisə bu gecə saat iki radələrində yolun 63-cü kilometrliyində qeydə alınıb. Xarici ölkəyə məxsus UC-50560-CC nömrə nişanlı "Volvo" markalı yük avtomobili (TIR) eyni istiqamətdə hərəkətdə olan 77-SB-434 dövlət nömrə nişanlı MAN markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az