Kriminal

Paytaxtda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı

29 Sep 2026, 17:22 32 baxış
Paytaxtda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı
Bakıda qətl hadisəsi olub. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb. 4 uşaq anası olan 40 yaşlı Esmira Ağalarova boğularaq öldürülüb. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs - qadının əri Rafət Ağalarov tutularaq istintaqa təhvil verilib. İddialara görə, qadın ərindən boşanmaq istəyib. Cinayət də məhz bu səbəbdən yaranan mübahisə zəminində baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər