Cəmiyyət

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

29 Sep 2026, 14:33 2 baxış
Putindən fərman: Azərbaycanla bağlı qadağa...

Rusiya Prezidenti Vladimir Putin Rusiyadan bəzi MDB ölkələrinə nağd pulun çıxarılması qaydalarını sərtləşdirib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidenti fərman imzalayıb.


“Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana fiziki şəxslər tərəfindən 1 milyon rubldan artıq məbləğdə nağd valyutanın çıxarılmasına qadağa qoyulsun”, - fərmanda bildirilib.


Qeyd olunub ki, bundan əlavə, hüquqi şəxslər və fərdi sahibkarlar üçün qadağa vəsaitin məbləğindən asılı olmayaraq tətbiq ediləcək:


“İstisna hökumətin müəyyən etdiyi hava limanları vasitəsilə pul vəsaitlərinin daşınmasına şamil olunacaq. Bunun üçün pul vəsaitini çıxaran şəxsin hesabından nağd pulun çıxarıldığını təsdiq edən bank çıxarışının təqdim edilməsi tələb olunur. Sənədə əsasən, qadağa pozulduğu təqdirdə 1 milyon rubldan artıq olan istənilən məbləğ müsadirə ediləcək”.

Mənbə axar.az

Oxşar Xəbərlər