Cəmiyyət

Masazırda saatlardır işıq yoxdur: SƏBƏB - FOTO/VİDEO

26 Sep 2026, 14:28 1 baxış
Masazırda saatlardır işıq yoxdur: SƏBƏB - FOTO/VİDEO
Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarından elektrik enerjisinin verilişində fasilə yaranıb. Oxu.Az-a verilən məlumata görə, gecə saat 04:00 radələrində ərazidə uzun məsafəli yeraltı elektrik kabelində qəza baş verib.
Hazırda "Azərişıq" ASC tərəfindən qəzanın aradan qaldırılması istiqamətində işlər görülür. Məsafənin uzun olması səbəbindən proses mərhələli şəkildə aparılır.

Xəbərə görə, elektrik enerjisinin verilişinin bu gün saat 16 radələrində bərpa olunması gözlənilir. Sözügedən qəza Masazır qəsəbəsinin Əliağa Vahid, General Həzi Aslanov, Nizami, Rafiq Dünyamalıyev və Hüseyn Cavid küçələrini, eləcə də ətraf əraziləri əhatə edir.
Masazırda saatlardır işıq yoxdur: SƏBƏB - FOTO/VİDEO Masazırda saatlardır işıq yoxdur: SƏBƏB - FOTO/VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər