XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazirlər ikitərəfli təmaslar və o cümlədən çoxtərəfli formatlarda aparılan mühüm dialoq ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı ŞKTR-in Türk Dövlətləri Təşkilatındakı müşahidəçi statusunun əhəmiyyəti vurğulanıb, həmçinin Türk dünyası daxilində çoxtərəfli əlaqələndirmənin və birgə təşəbbüslərin, o cümlədən qarşıdan gələn TDT Zirvə görüşünə hazırlıq işlərinin genişləndirilməsinin vacibliyi qeyd olunub.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə də toxunublar.