Cəmiyyət

Azərbaycan dünyanın ən böyük investisiya şirkətlərindən biri ilə əməkaşlığı gücləndirir

25 Sep 2026, 18:46 4 baxış
Azərbaycan dünyanın ən böyük investisiya şirkətlərindən biri ilə əməkaşlığı gücləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycanla "Neuberger Berman" şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. 1939-cu ildə Nyu-Yorkda yaradılmış "Neuberger Berman" dünyanın iri müstəqil investisiya şirkətlərindən biridir. 613 milyard dollar məbləğində aktivlərə malik olan şirkətin özəl bazarlar üzrə qlobal investisiya platforması 170 milyard dollardan artıq investisiya öhdəliklərini idarə edir. Platformanın idarə etdiyi fondların portfelləri 10 400-dən çox şirkəti əhatə edir ki, bu da "Neuberger Berman"ın qlobal investisiya fəaliyyətinin miqyasını göstərir. Şirkət qlobal institusional investorlar, maliyyə məsləhətçiləri və yüksək sərvətə malik şəxslər üçün səhmlər, sabitgəlirli qiymətli kağızlar, özəl kapital və hedc fondları (investorların vəsaitlərini birləşdirərək bazardakı riskləri sığortalamaq və yüksək gəlir əldə etmək üçün aqressiv strategiyalardan istifadə edən özəl investisiya strukturu - red.) üzrə investisiya portfellərini idarə edir. "Neuberger Berman"ın xeyriyyəçilik fəaliyyəti "NB Impacts" adı altında həyata keçirilir. Buraya əməkdaşların ictimai xidmət layihələri və "Neuberger Berman Foundation" tərəfindən qrantların ayrılması daxildir. Fond, əsasən, risk qrupunda olan uşaqlara, gənclərin təhsil proqramlarına, iqtisadi dayanıqlılıq layihələrinə dəstək verir. Şirkət hər il yaz aylarında "Celebration with Service" adlı bir aylıq proqram keçirir. Bu proqram çərçivəsində şirkətin fəaliyyət göstərdiyi şəhərlərdə müxtəlif ictimai xidmət tədbirləri təşkil olunur. Şirkətin dəstəklədiyi layihələr arasında "The Y, Homes for Heroes", "Per Scholas", "C-CAP", "New York City Service" və "Habitat for Humanity" layihələri yer alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər