İqtisadiyyat
Azərbaycanın dövlət büdcəsinin gəlirləri ilə bağlı CİDDİ DƏYİŞİKLİK OLACAQ - Nazir danışdı
"2030-cu ilin sonunadək elə bir göstəriciyə çatmağı hədəfləyirik ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri neft gəlirlərindən cəmi 30 faiz asılı olsun". Oxu.Az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Beynəlxalq maliyyə əməkdaşlığı: Artım üçün tərəfdaşlıqların qurulması" adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transferləri təxminən 20 faiz azaltmağa müvəffəq olublar: "Növbəti 3 il üçün isə bunu daha 20 faiz azaltmağı planlaşdırırıq. Ardıcıl 5 il ərzində büdcə profisiti ÜDM-in 3 faizindən çox olub. Beləliklə, son 5 ildə defisitsiz, profisitli büdcə göstəricisi nümayiş etdiririk. Başqa bir əsas məqsədimiz Azərbaycan büdcəsinin qeyri-neft ilkin kəsirini azaltmaq idi və biz son bir neçə il ərzində bu göstəricini 22-23 faizdən 2026-cı ilin sonunadək proqnozlaşdırılan 17 faizə qədər azaltmağa müvəffəq olduq. Gələn illər üçün isə çox iddialı bir məqsədimiz var: 2030-cu ilə qədər bu göstəricini cəmi 12 faizə çatdırmaq. Digər tərəfdən, biz dövlət borcumuzu azaltmağa müvəffəq olmuşuq. Bu gün Azərbaycan bu məsələdə çox güclü mövqeyə malikdir və Azərbaycanın ümumi dövlət borcu ÜDM-in təxminən 17 faizini təşkil edir. Bu, dünyadakı ən aşağı göstəricilərdən biridir. Azərbaycanın xarici borcuna baxsaq, ümumi xarici borcumuz ÜDM-in təxminən 6 faizini təşkil edir ki, bu da digər çox vacib göstəricidir".

Mənbə
oxu.az