İqtisadiyyat
Azərbaycan və Türkiyə arasından ümumi investiyaların həcmi açıqlandı
"Azərbaycanın üç mindən çox investor şirkəti Türkiyədə fəaliyyət göstərir. Ümumi investisiya məbləğindən danışsaq, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 milyard, Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi isə 18 milyard ABŞ dollarına çatıb. Yəni, ümumi investisiyaların həcmi 40 milyard dollara çatıb". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda keçirilən "Azərbaycan Cənubi Qafqaz-Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi" adlı panel sessiyada deyib.
O bildirib ki, bu fakt iki ölkə investorlarının bir-birinə etibarının göstəricisidir: "Azərbaycan həm də Şərqlə Qərb arasında körpü rolunu oynayır. Biz burada beynəlxalq ticarətdən faydalana bilərik. Bu ticarəti və tranziti investisiyaya çevirə bilmək üçün beynəlxalq qurumların bunu qəbul etməsi vacibdir".

Mənbə
oxu.az