İqtisadiyyat

Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq

25 Sep 2026, 12:23 2 baxış
Azərbaycan-Suriya Biznes Şurası yaradılacaq
"Azərbaycan-Suriya Biznes Şurası yaradılır". Oxu.Az xəbər verir ki, bu fikirləri Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar İkinci Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Etibarlılığın bərpası parçalanmış dünyada: Azərbaycan regionlar arasında strateji qapı kimi" adlı panel sessiyada deyib. O bildirib ki, Suriya son 60 ildə itirdikləri dünya ilə yenidən əlaqə qurmağa başlayır: "Bu, asan bir vəzifə deyil, çox çətindir. Sözügedən istiqamətdə artıq müxtəlif ölkələrlə biznes əlaqələrinin yaradılmasına başlanılıb. Bir həftə əvvəl Özbəkistanda biznes şurasının yaradılması ilə bağlı razılaşma əldə olunub. Azərbaycan-Suriya Biznes Şurasının yaradılacağını elan edəcəyik".
Mənbə oxu.az

Oxşar Xəbərlər