İqtisadiyyat
Nazir hökumətlərin özəl şirkətlərlə birgə yatırımlarının önəmindən DANIŞDI - FOTO
"Xəzər dənizinin dibi ilə çəkilən Azərbaycan və Qazaxıstan arasındakı Transxəzər lifli-optik kabel xətti Avropa ilə Asiya arasında yeni yüksək ötürücülük qabiliyyətinə malik rəqəmsal bağlantı yaradacaq". Oxu.Az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun açılışında deyib.
O bildirib ki, Azərbaycanın qərbinə artıq yatırılmış investisiyalarla birlikdə bu, data mərkəzlərinə və süni intellekt infrastrukturuna investisiyaları cəlb etməyə kömək edən çox rəqabətli imkanlar təmin edir: "Kapital üçün məqsəd tərəfdaşlarımızla riski bölüşməkdir. Azərbaycan bir sıra tərəfdaş ölkələrlə birgə investisiya fondları təsis edib və çoxtərəfli investisiya platformalarında iştirak edir. Biz öz iqtisadiyyatımıza investisiya qoymaqdan çəkinmirik və inanırıq ki, hökumətlər özəl şirkətlərlə yanaşı investisiya qoyduqda, bu, inam siqnalı verir və bir çox regional layihələri ləngidən riskləri azaldır. Çox aydındır ki, sonda hər şey insana gəlib çıxır: insanların məhsuldarlığına, insan kapitalına, istedada".

Mənbə
oxu.az