Dünya
"Liverpul"un sabiq sahibi VƏFAT ETDİ
ABŞ-dən olan iş adamı, "Liverpul" futbol klubunun və Milli Hokkey Liqasında (NHL) çıxış edən "Monreal" komandasının sabiq sahibi Corc Cillet 88 yaşında vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə "Monreal"ın rəsmi saytında klubun mətbuat xidməti məlumat yayıb. Onun ölüm səbəbi açıqlanmayıb. Cillet 2001-2009-cu illərdə "Monreal"a sahiblik edib. 2007-ci ildə o, "Liverpul" futbol klubunu alıb və Tom Hiks ilə birlikdə kluba sahiblik edib. 2010-cu ildə Cillet "Liverpul"u satıb.
Mənbə
oxu.az