İdman

Ayxan Abbasov qələbəni şərh etdi: "Bu heyətin gələcəyinə inanıram"

23 Sep 2026, 22:48 5 baxış
Ayxan Abbasov qələbəni şərh etdi: "Bu heyətin gələcəyinə inanıram"
"Matçın çətin keçəcəyini əvvəlcədən proqnozlaşdırırdıq". Oxu.Az xəbər verir ki, bunu Tacikistan yığması ilə keçirilən yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib. O bildirib ki, qələbə qazanmaq motivasiya baxımından vacib idi: "Bir neçə futbolçumuz bu görüşdə iştirak etmədi və istirahət etdi. Ümid edirəm ki, onlar da komandaya qoşulduqda ən yaxşı formalarında olacaqlar. Milli komandada istədiyimiz oyun səviyyəsini formalaşdırmaq üçün müəyyən zamana ehtiyacımız var. İkinci hissədə dəyişikliklərdən sonra tempi yüksəldə bildik. Bu heyətin gələcəyi ilə bağlı müsbət fikirlərim var. Bəzi mövqelərlə bağlı suallarımız var idi və həmin mövqelərdə fərqli futbolçuları sınamaq imkanımız oldu". Qeyd edək ki, "Palm Sport Arena"da baş tutan qarşılaşmada Azərbaycan millisi Tacikistan üzərində 1:0 hesablı qələbə qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər