İqtisadiyyat

Azərbaycanda bu məhsulların ixrac rüsumu 20 dəfə ARTIRILDI - SƏBƏB - FOTO

23 Sep 2026, 20:10 4 baxış
Azərbaycanda bu məhsulların ixrac rüsumu 20 dəfə ARTIRILDI - SƏBƏB - FOTO
Azərbaycanda misdən hazırlanan vint, bolt və qaykaların ixracına tətbiq olunan gömrük rüsumu 20 dəfə artırılıb. Baş nazir Əli Əsədovun imzaladığı qərarla bu məhsullar üçün ixrac gömrük rüsumunun hər tona görə 15 ABŞ dollarından 300 ABŞ dollarına qaldırılması və yeni rüsumun 2029-cu ilin sonunadək tətbiq edilməsi nəzərdə tutulub. Milli Məclisin deputatı Müşfiq Cəfərov qərarın mahiyyəti ilə bağlı Oxu.Az-a danışıb.
Deputat bildirib ki, Azərbaycanın mis və mis məmulatlarının ixrac rüsumlarını artırmaqda və yüksək rüsumların tətbiq müddətini uzatmaqda əsas məqsədi daxili sənaye istehsalını qorumaq, xammalın ölkədən kütləvi şəkildə çıxarılmasının qarşısını almaq və yerli emal sənayesini təşviq etməkdir: "Artıq dünyada mis strateji xammal hesab olunur. Ölkədə fəaliyyət göstərən metallurgiya, kabel və digər sənaye müəssisələrinin mis xammalına, saflaşdırılmamış misə, mis qırıntıları və tullantılarına olan tələbatını daxili resurslar hesabına ödəmək əsas hədəfdir. İxrac rüsumunun yüksək olması xammalın kütləvi şəkildə xaricə axınının qarşısını alır və yerli sənayenin rəqabətqabiliyyətliliyini artırır. Dövlət xammal şəklində ixracı məhdudlaşdırmaqla yerli şirkətləri həmin xammalı ölkə daxilində emal etməyə təşviq edir. Bununla da ölkənin sadə xammal ixracatçısı kimi çıxış etməsi əvəzinə, daha yüksək əlavə dəyər yaradan hazır metallurgiya məhsullarının istehsalına şərait yaranacaq".
Azərbaycanda bu məhsulların ixrac rüsumu 20 dəfə ARTIRILDI - SƏBƏB - FOTO Azərbaycanda bu məhsulların ixrac rüsumu 20 dəfə ARTIRILDI - SƏBƏB - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər