Cəmiyyət
Xırdalanda məktəblilərin həyatı təhlükədə - FOTO
Abşeron rayonu, Xırdalan şəhərində piyada zolaqlarından birinin yol nişanlanmasının silinməsi təhlükəli vəziyyət yaradır. Bu barədə Oxu.Az-a müraciət daxil olub. Sakinlər bildiriblər ki, Qalubiyyə küçəsində yerləşən piyada keçidindən hər gün məktəbə, bağçaya gedən uşaqlar və digər piyadalar istifadə edirlər. Lakin keçidin üzərindəki zolaq görünməz haldadır. Sakinlər müraciətlərində diqqətə çatdırıblar ki, xüsusilə keçidin sağ tərəfindəki işarənin və yol üzərindəki nişanlanmanın mövcud vəziyyəti piyadaların həyatı baxımından narahatlıq doğurur. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az