İqtisadiyyat
Bu ilin səkkiz ayında neçə nəfərə pensiya təyin edilib?
2026-cı ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb Bildirilib ki, onlardan 26 228-i pensiya, 85 501-i müavinət , 12 297-si isə təqaüd təyinatıdır.
Mənbə
oxu.az