Cəmiyyət

Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi

23 Sep 2026, 09:08 13 baxış
Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi
Paytaxtda 49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Paytaxtın Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Təmir işləri yekunlaşanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində (Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığı) təyin edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər