Cəmiyyət
Ağdərədə heyvanları daşıyan yük maşını aşdı - Foto
Ağdərə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Çardaxlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan MAN markalı, 25 BK 698 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü sükan arxasında yuxulayıb. Nəticədə avtomobil idarəetmədən çıxıb və yol kənarına aşıb.
Qəza nəticəsində yük yerində daşınan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan bir neçəsi tələf olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az