Cəmiyyət
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı
Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul edilib.
Mənbə
oxu.az