Cəmiyyət

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

22 Sep 2026, 19:05 21 baxış
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.


Bu barədə Axar.az-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.


"AZAL ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin sentyabrın 22-dən etibarən dayandırılması barədə qərar qəbul etməli olub", - QSC bildirir.


Qeyd edək ki, bundan öncə analoji qərarları Türkiyə və Gürcüstan da qəbul edib.

Mənbə axar.az

Oxşar Xəbərlər