Digər

Qırğızıstanda bir qoç 1 milyon dollara satıldı

21 Sep 2026, 17:10 2 baxış
Qırğızıstanda bir qoç 1 milyon dollara satıldı

Qırğızıstanda “Alaşan” ətlik-yağlı qoyun cinsindən olan qoç 1 milyon dollara satılıb.


Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.


Məlumata görə, sövdələşmə bu cinsdən olan ətlik-yağlı qoyunların inkişafına həsr olunmuş beynəlxalq festival çərçivəsində baş tutub:


“Tədbirdə Özbəkistan, Rusiya, Tacikistan, Qazaxıstan və Qırğızıstandan olan fermerlər, eləcə də aqrar sektorun nümayəndələri iştirak ediblər. Satılan qoç 2023-cü ildə Qazaxıstanda 150 min dollara satılan məşhur “Frankel” adlı qoçun nəslindəndir”.


Qeyd edək ki, “Alaşan” cinsi Qırğızıstanda 2021-ci ildə rəsmi qeydiyyata alınıb. Bu qoyunlar nəhəng ölçüləri, böyük çəkiləri, sürətli böyümələri, həmçinin yüksək dağlıq ərazilərin sərt iqlim şəraitinə, çöl vadilərinə və tövlə şəraitində bəslənməyə yaxşı uyğunlaşmaları ilə qiymətləndirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər