İqtisadiyyat

ABŞ və Çin rəsmiləri danışıqlara başladı: Donald Tramp - Si Cinpin görüşünə hazırlıq

21 Sep 2026, 02:16 29 baxış
ABŞ və Çin rəsmiləri danışıqlara başladı: Donald Tramp - Si Cinpin görüşünə hazırlıq
ABŞ və Çin nümayəndələri ölkə rəhbərləri Donald Tramp və Si Cinpin arasında keçiriləcək sammit ərəfəsində Nyu-Yorkda danışıqlara başlayıblar. Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessent və Çin baş nazirinin müavini He Lifinqin rəhbərlik etdiyi danışıqlarda ticarət və investisiyalar, süni intellekt və İrandakı münaqişə də daxil olmaqla bir sıra məsələlərin müzakirə ediləcəyi gözlənilir. Gündəmin prioritet məsələlərindən biri hər iki tərəfin tarifləri və ixrac məhdudiyyətlərini azaltdığı, müddəti noyabr ayında başa çatacaq ticarət atəşkəsidir. Bildirilir ki, ABŞ-nin yeni tariflər tətbiq etməsi barədə açıqlama görüş başa çatana qədər təxirə salınıb. Qeyd edək ki, bu həftə BMT Baş Assambleyası çərçivəsind Donald Tramp və Si Cinpinin görüşü planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər