Cəmiyyət
Bakıda binada baş verən yanğın söndürüldü - Video
16:18
Bakıda yaşayış binasında güclü yanğın başlayıb.
Axar.az Bizim.Media-ya istinadla xəbər verir ki, yanğın Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
***
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın zamanı hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və Nizami rayonu C.Naxçıvanski küçəsində mənzildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Mənbə
axar.az