Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
Ukrayna və Rumıniya Transkarpatiyada yeni sərhəd-keçid məntəqəsi – “Bila Tserkva – Siqhetu Marmatiei” açıb.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Nazirlər Kabinetinin qərarında məlumat verilib.
Qeyd olunur ki, yeni keçid məntəqəsindən sutka ərzində 700-ə qədər avtomobil keçə biləcək:
“Tisa çayı üzərində körpünün tikintisi başa çatdıqdan və sərhəd kompleksinin infrastrukturu tam qurulduqdan sonra məntəqə sərnişin avtobuslarını və yük nəqliyyatını da qəbul edə biləcək.
Tisa çayı üzərindən açılan yeni marşrutun Zakarpatyenin sərhədyanı ərazilərində yollara düşən yükü azaltması nəzərdə tutulur. Növbələrin nə dərəcədə azalacağı isə sərhədin hər iki tərəfində gömrük və sərhəd xidmətlərinin işinin operativliyindən, eləcə də giriş yollarının vəziyyətindən asılı olacaq.
Qeyd etmək vacibdir ki, yeni keçid məntəqəsi artıq mövcud olan “Solotvino – Siqetu-Marmaçiyey” sərhəd-keçid məntəqəsini əvəz etmir, onu tamamlayır.
Rumıniya tərəfinin tələbi ilə Solotvinodakı keçid məntəqəsi bundan sonra da sutka ərzində 24 saat fəaliyyət göstərəcək”.