İdman

Azərbaycan cüdo millisinin dünya çempionatı üçün heyəti bəlli oldu - Siyahı

18 Sep 2026, 16:30 2 baxış
Azərbaycan cüdo millisinin dünya çempionatı üçün heyəti bəlli oldu - Siyahı
Azərbaycanın cüdo millisinin 4-11 oktyabrda Bakıda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb. Bu barədə Oxu.Az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. İlin ən mötəbər cüdo yarışında Azərbaycanı 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək. İdmançılarımız performans direktoru, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar. Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr 4-10 oktyabrda, qarışıq komanda yarışı isə oktyabrın 11-də baş tutacaq. Dünya çempionatında iştirak edəcək heyəti təqdim edirik: Qadınlar -48 kq Şəfəq Həmidova; Könül Əliyeva. -52 kq Gültac Məmmədəliyeva. -57 kq Xədicə Qədəşova. -70 kq Südabə Ağayeva. +78 kq Madina Kaisinova. Kişilər -60 kq Balabəy Ağayev; Əhməd Yusifov. -66 kq Ruslan Paşayev; Turan Bayramov; Nizami İmranov. -73 kq Hidayət Heydərov; Rəşid Məmmədəliyev. -81 kq Zelim Tçkayev; Ömər Rəcəbli; Vüsal Qələndərzadə. -90 kq Murad Fətiyev; Elcan Hacıyev; Süleyman Şükürov. -100 kq Zelim Kotsoyev. +100 kq Uşanqi Kokauri; Kənan Nəsibov; Camal Qamzatxanov.
Mənbə oxu.az

Oxşar Xəbərlər