İqtisadiyyat

Azərbaycanın xarici ticarətində böyük sıçrayış: Ən çox hara mal satırıq?

18 Sep 2026, 13:05 4 baxış
Azərbaycanın xarici ticarətində böyük sıçrayış: Ən çox hara mal satırıq?
Azərbaycanın MDB ölkələrinə ixracı 2026-cı ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.2% artıb. Oxu.Az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-iyul aylarında MDB ölkələri üzrə əsas sosial-iqtisadi göstəricilərə dair hesabatında əksini tapır. Qeyd olunub ki, Azərbaycanın ümumi ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43.2% artıb. MDB ölkələrinə ixrac 18.2%, MDB üzvü olmayan dövlətlərə ixrac isə 45.1% çoxalıb. Eyni dövrdə Azərbaycanın ümumi idxalı 27.6% azalıb. MDB ölkələrindən idxal 44%, MDB üzvü olmayan dövlətlərdən idxal isə 21.7% azalıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın ÜDM-i əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.4%, sənaye məhsulunun ümumi həcmi isə 0.3% yüksəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər