İqtisadiyyat

Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək

18 Sep 2026, 11:07 2 baxış
Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək
Məhsul şəhadətnaməsinin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsi ilə bağlı tələblər müəyyənləşir. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Qeyd olunan məlumatlar informasiya sisteminə daxil edildikdən sonra kreditorlar informasiya sistemi vasitəsilə şəhadətnaməni əldə etmək arzusunda olduğunu bildirir, göstərilən məlumatları və mövcud olduğu halda borclu tərəfindən yerləşdirilən məlumatlara dair əlavə təkliflərini borcluya göndərir. Göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar tərəflərdən tələb edilmir. Belə məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadıqda onların təqdim olunması məlumatların aid olduğu tərəfin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya məlumatların aid olduğu tərəfin özü tərəfindən təmin edilir. Borclu informasiya sistemi vasitəsilə nəzərdə tutulan məlumatları aldığı andan beş iş günü müddətində kreditorlardan birinin təklifini qəbul edir və digər kreditorların təklifini rədd edir (və ya bütün kreditorların təklifini rədd edir). İnformasiya sistemi vasitəsilə bu barədə kreditorlara dərhal bildiriş göndərilir. Borclu kreditorlardan birinin təklifini qəbul etdikdən sonra məhsul şəhadətnaməsi borclunun uyğun olaraq informasiya sisteminə daxil etdiyi və kreditorun təqdim etdiyi məlumatlar əsasında informasiya sistemi vasitəsilə avtomatik formalaşdırılır, nömrələnir və üç iş günü müddətində borclu və məhsul şəhadətnaməsinin mülkiyyətçisi tərəfindən informasiya sistemi üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza vasitəsilə imzalanır. Ödəniş barədə məlumat informasiya sistemi vasitəsilə avtomatik əldə edilir, bu mümkün olmadıqda isə ödənişi təsdiq edən sənəd məhsul şəhadətnaməsinin mülkiyyətçisi tərəfindən informasiya sisteminə daxil edilir. Məhsul şəhadətnaməsi ödəniş məbləğinin borclunun bank hesabına daxil olduğu andan qüvvəyə minir. Müəyyən edilmiş müddətdə ödəniş edilmədikdə məhsul şəhadətnaməsi qüvvəyə minmir. Məhsul şəhadətnaməsi hər iki tərəfin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalandıqdan sonra onda birtərəfli qaydada dəyişiklik edilə bilməz. Məhsul şəhadətnaməsi ilə bağlı tələbin güzəşti informasiya sistemində məhsul şəhadətnaməsinin mülkiyyətçisi tərəfindən məhsul şəhadətnaməsində təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə verilmə qeydinin (indossamentin) edilməsi ilə həyata keçirilir. Məhsul şəhadətnaməsi mülkiyyətçi tərəfindən təkrarən satıla bilər. Məhsul şəhadətnaməsi mülkiyyətçi tərəfindən öhdəliklərlə yüklənə bilər və belə yüklənmə uyğun olaraq qeydiyyata alındığı andan qüvvəyə minir. Əmtəə məhsul şəhadətnaməsi təkrar satıldığı halda yaranmış əlavə çatdırılma xərcləri tərəflər arasında başqa razılaşma yoxdursa, yeni mülkiyyətçi tərəfindən ödənilir. Məhsul şəhadətnaməsinin onun mülkiyyətçisi tərəfindən təkrar satılması və öhdəliklərlə yüklü edilməsi (girov və s.) barədə məlumatlar mülkiyyətçi tərəfindən beş iş günü müddətində informasiya sisteminə daxil edilir. Məhsul şəhadətnaməsi buraxılan zaman tərəflər kənd təsərrüfatı məhsulunun sığortalanması barədə öhdəlik götürə bilərlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər