İdman

Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək

17 Sep 2026, 13:50 4 baxış
Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək
Ukraynanın "Xarkov" klubunda çıxış edən Ramik Hacıyev vaxtilə Azərbaycan millisindən gələn dəvəti niyə qəbul etmədiyini açıqlayıb. Oxu.Az "UA-Football"a istinadən xəbər verir ki, o, U-19 komandasında oynadığı zamanlarda Azərbaycan millisindən dəvət aldığını bildirib. "U-19 komandasında oynadığım vaxt Azərbaycan millisindən dəvət almışdım. Lakin bundan imtina etdim. Çünki düşünürdüm ki, Ukrayna millisi Azərbaycan millisindən daha güclü və daha nüfuzludur. Mən burada hər şeyi bəyənirəm. U-19 komandasının üzvü idim və heç nəyi dəyişmək istəmirdim. Ukrayna mənim ikinci evimdir. Bu ölkəni çox sevirəm və bütün ukraynalılara hörmət edirəm", - deyə o qeyd edib. Xatırladaq ki, Ramik Hacıyev bir neçə il əvvəl Azərbaycan millisində oynamaq üçün təklif aldığını və bu təklifə imtina etdiyini açıqlamışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər