Cəmiyyət

Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi

17 Sep 2026, 12:45 3 baxış
Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi
Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkini müşahidə etmək məqsədilə sentyabrın 18-də bu ölkəyə səfər edəcək. Oxu.Az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Milli Məclisin komitə sədri Azər Əmiraslanov, deputatlardan Fatma Yıldırım, Anar Məmmədov və Eyvaz Qurbanov Moskva şəhərində, Sabir Hacıyev isə Sankt-Peterburq şəhərində seçki prosesini izləyəcəklər. Deputatlar seçki məntəqələrində yaradılan şəraitlə tanış olacaq, səsvermə və səslərin sayılması prosesini müşahidə edəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər