Digər
Merz Nyu Yorka səfərini ləğv etdi
Almaniya kansleri Fridrix Merz BMT Baş Assambleyasında iştirak etmək üçün nəzərdə tutulan Nyu York səfərini ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Merzin Assambleyanın iclası zamanı Henri Kissincer mükafatını alması və nitq söyləməsi nəzərdə tutulsa da, o, bunun əvəzinə 21 sentyabrda Almaniya Xristian Demokrat İttifaqı rəhbərliyinin iclasında iştirak etmək qərarına gəlib”, - məlumatda deyilib.
Qeyd edək ki, Almaniyada radikal sağların qələbəsi narahatlıqlara səbəb olub.
Mənbə
axar.az