Dünya

ABŞ hərbçiləri Sakit okeanda gəmini belə məhv etdilər - VİDEO

16 Sep 2026, 10:50 4 baxış
ABŞ hərbçiləri Sakit okeanda gəmini belə məhv etdilər - VİDEO
ABŞ hərbi qüvvələri Sakit okeanın şərq hissəsində narkotiklərin qanunsuz dövriyyəsində istifadə edildiyi bildirilən üzən yanacaqdoldurma stansiyasını məhv edib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Cənub Hərbi Komandanlığının (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayılıb.

Qurumun məlumatına əsasən, kəşfiyyat orqanları həmin gəminin "Los Choneros" adlı narkoterror təşkilatı ilə əlaqəli olduğunu təsdiqləyib. O, qeyri-qanuni narkotik ticarəti əməliyyatlarını dəstəkləmək məqsədilə fəaliyyət göstərib. Keçirilən əməliyyat zamanı stansiyanın şəxsi heyəti gəmidən çıxarılaraq Ekvador hökumətinə təhvil verilib, bundan sonra isə obyekt batırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər