Dünya
Süni intellektin gələcəyi: Superintellektual sistemlər insanların sonunu gətirə bilər
"Google DeepMind" şirkətindən ayrılan tədqiqatçı Bilal Çuqta "X" sosial platformasında paylaşım edərək bəşəriyyətin süni intellektin yarada biləcəyi qlobal təhlükələrin qarşısını almaqda gecikə biləcəyini bildirib. Oxu.Az xəbər verir ki, ekspertin sözlərinə görə, o, "Google" daxilində süni intellektin inkişaf prosesini yaxından izləyib və bu texnologiyanın hazırkı inkişaf istiqamətindən ciddi narahatdır. Süni intellektin optimallaşdırılması və təhlükəsizliyi sahəsində fəaliyyət göstərmiş mütəxəssis yazıb: "Süni intellektin hər birimizi məhv etmək gücünə malik olduğuna həqiqətən inanıram... Gələcəkdə vəziyyət daha da gərginləşəcək. Ehtimal edirəm ki, yaxın illərdə bu sahədə fəaliyyət göstərən korporasiyalar bütün sahələrdə insan potensialını geridə qoyacaq superintellektual sistemlər yaradacaqlar. Həmin süni intellekt sistemlərinin bizim mənafelərimizə uyğun hərəkət edəcəyinə şübhə ilə yanaşıram".
Mənbə
oxu.az