Cəmiyyət
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - FOTO
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. Oxu.Az-ın məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Telman Xıdırov "Aqrar Tədarük və Təchizat" ASC-də Meyvə-tərəvəz tədarükü şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, T.Xıdırov 2021-ci ildən yeni təyinata qədər bir sıra supermarket şəbəkələrində müxtəlif vəzifələrdə çalışıb.
Mənbə
oxu.az