Siyasət

Prezident: "Azərbaycan xalqı dünyada bir presedent yaratdı"

15 Sep 2026, 16:46 3 baxış
Prezident: "Azərbaycan xalqı dünyada bir presedent yaratdı"
"Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə bir edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə söyləyib. Ermənistanı dəstəkləyən böyük sayılan dövlətlərin məsələni həll etmək yox, uzatmaq və bu işğalı əbədi etmək istədiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: "Bu dövlətlər Ermənistana hərbi, iqtisadi, siyasi dəstək verərək faktiki olaraq işğalçını mükafatlandırırdı. Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi".
Mənbə oxu.az

Oxşar Xəbərlər