İdman
Toma Menyedən transfer bazarı barədə şok sözlər: "200 milyon funta eşşək də ala bilərsən" - FOTO
"Sanderlend"in müdafiəçisi, PSJ və "Borussiya Dortmund"un keçmiş oyunçusu Toma Menye "Mançester Siti"nin yeni transferi Əyyub Buaddinin transfer dəyəri və müasir futbol bazarındakı qiymətlər barədə fikirlərini bölüşüb. Oxu.Az bu barədə "The Athletic" nəşrinə istinadən xəbər verir. Xatırladaq ki, Mərakeş millisinin 18 yaşlı yarımmüdafiəçisi bu yay "Lill"dən 95 milyon avro qarşılığında "şəhərlilər"in heyətinə keçib.
"Əyyub inanılmaz oyunçudur. Lakin insafən desək, artıq pul haqqında müzakirə aparmağın heç bir mənası yoxdur, çünki transfer məbləğlərində heç bir məntiq qalmayıb. 200 milyon funta eşşək də ala bilərsən, əla futbolçunu isə 20 milyona da almaq olar. Bunun artıq heç bir məntiqi yoxdur", - deyə Menye bildirib.

Mənbə
oxu.az