Digər

Ukraynadan etiraf: Ruslar dəqiq zərbələr endirir!

14 Sep 2026, 08:00 2 baxış
Ukraynadan etiraf: Ruslar dəqiq zərbələr endirir!

Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bu yana Ukraynaya zərbələr endirilməsində dronlardan istifadənin effektivliyi ən yüksək səviyyəyə çatıb.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna “İnformasiya müqaviməti” qrupunun hərbi-siyasi şərhçisi Aleksandr Kovalenko deyib.


O bildirib ki, 2026-cı ilin əvvəlindən etibarən Rusiya tərəfi Ukraynaya zərbələrin planlaşdırılması və bunun üçün döyüş sursatlarının seçilməsi ilə məşğul olan komandanı dəyişib:


"Təəssüf ki, onlar bu cür terrorun effektivliyini demək olar ki, hər gün artırırlar. 2022-ci ildə kamikadze dronların tətbiqinə başlanılmasından sonra ilk dəfədir ki, məhz hazırda bu vasitələrdən istifadənin effektivliyi ən yüksək həddə çatıb. Ümid edirəm ki, gələcəkdə bu göstəricilər azalacaq. Bunun üçün hazırda hazırlanmaqda olan əks-tədbirlərdən istifadə ediləcək".

Mənbə axar.az

Oxşar Xəbərlər