Cəmiyyət

Nazirlik Bakıdakı dəbdəbəli toyun sahibi barədə məlumat yaydı - VİDEO

13 Sep 2026, 21:12 3 baxış
Nazirlik Bakıdakı dəbdəbəli toyun sahibi barədə məlumat yaydı - VİDEO
Bakıda keçirilən dəbdəbəli toyla bağlı yayılan məlumatlarda adı hallanan Elgün Feyzullayevlə bağlı açıqlama verilib. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti sözügedən şəxsin hazırda qurumda çalışmadığını bildirib. Qeyd olunub ki, o, bir ildən çoxdur tutduğu vəzifədən azad edilib. Xatırladaq ki, ötən gün Bakıda yerləşən Böyük Sarayda Nicat və Sitarə adlı cütlüyün dəbdəbəli toy mərasimi keçirilib. Məclisdə Azərbaycan və Türkiyədən tanınmış şəxslər də iştirak ediblər. Toyla bağlı yayılan məlumatlarda Sitarənin Elgün Feyzullayevin qızı olduğu bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər