İdman

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - VİDEO

13 Sep 2026, 21:21 3 baxış
"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha 2 oyunu keçirilib. Oxu.Az xəbər verir ki, günün ilk matçı Şamaxıda "Araz-Naxçıvan" və "Turan Tovuz" arasında baş tutub. Matçda qalib müəyyənləşməyib - 2:2.

Turun mərkəzi oyununda isə "Zirə" "Qarabağ"ı qəbul edib. Bu görüşdə də heç-heçə qeydə alınıb - 1:1.

Bu nəticələrdən sonra "Qarabağ" və "Zirə" hərəyə 10 xalla müvafiq olaraq, 2-ci və 3-cü yerlərdə qərarlaşıb. "Turan Tovuz" 8 xalla 5-ci, "Araz-Naxçıvan" 2 xalla 11-ci sırada yer alıb. Qeyd edək ki, V turun əvvəlki matçlarında "Neftçi" "İmişli"yə 3:2, "Kəpəz" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" - "Şamaxı" matçı isə qollu heç-heçə ilə başa çatıb - 1:1.
Mənbə oxu.az

Oxşar Xəbərlər