Digər

Səudiyyədən İrana xəbərdarlıq: İmkan verilməyəcək!

13 Sep 2026, 21:22 3 baxış
Səudiyyədən İrana xəbərdarlıq: İmkan verilməyəcək!

Səudiyyə Ərəbistanı regionda davam edən qarşıdurmanın miqyasının genişlənməsindən narahatdır.


Axar.az “Əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan Hindistanda keçirilən BRİKS sammitində çıxışında deyib.


Vurğulanıb ki, Ər-Riyad suverenliyini, ərazisini və vətəndaşlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.


Eyni zamanda, Feysəl bin Fərhan Körfəz ölkələrinin müxtəlif bəhanələrlə hədəfə alınmasına yol verilməyəcəyini bildirib. O, regionda sabitliyin təmin olunması üçün diplomatik və siyasi həll yollarının dəstəklənməsinin vacibliyini də vurğulayıb.


Səudiyyə Ərəbistanı, həmçinin Hörmüz və Bab əl-Məndəb boğazlarının, eləcə də digər mühüm nəqliyyat dəhlizlərinin təhlükəsiz və açıq saxlanılmasına çağırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər