Cəmiyyət

Mingəçevirdə bina yandı: xəsarət alanlar var

13 Sep 2026, 16:59 19 baxış
Mingəçevirdə bina yandı: xəsarət alanlar var

Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin kompakt məskunlaşdığı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


Axar.az xəbər verir ki, hadisə 11 saylı binada qeydə alınıb.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.


Bina sakinləri FHN əməkdaşları tərəfindən təxliyə edilib. İlkin məlumata görə, bir neçə bina sakini qatı tüstüdən zəhərlənib və onlar xəstəxanaya yerləşdirilib.


İlkin məlumatlara görə, yanğın binanın elektrik naqilləri keçən şaxtasında baş verib.

Mənbə axar.az

Oxşar Xəbərlər