Cəmiyyət
Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA
Sentyabrın 13-ü saat 14:00-a olan faktiki hava açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunub. Lakin Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı Lənkəranda 11, Cəlilabadda 10, Astarada 6 mm-dək qeydə alınıb.
Mənbə
oxu.az