Siyasət
Yeni güc savaşının pərdəarxası - ABŞ, Çin, Rusiya və Hindistan arasında böyük oyun
ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında gözlənilən görüş Vaşinqtonla Pekin arasındakı münasibətlərin gələcəyi baxımından diqqət çəkir. Tərəflər arasında ticarət, texnologiya, təhlükəsizlik və qlobal təsir uğrunda rəqabətin davam etdiyi bir vaxtda baş tutacaq görüşün münasibətlərdə real dəyişiklik yaradıb-yaratmayacağı əsas suallardan biridir. Paralel olaraq, Trampın Pekin səfərindən bir neçə ay sonra Si Cinpinin ABŞ-yə gözlənilən səfəri, Rusiya Prezidenti Vladimir Putinin isə Şanxay Əməkdaşlıq Təşkilatının 26-cı zirvə görüşündən bir neçə gün sonra Hindistana səfəri tərəflərin balans axtarışı və çoxvektorlu siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Donald Tramp və Si Cinpin arasında gözlənilən görüş ABŞ-Çin münasibətlərində real və davamlı dəyişiklik yarada bilərmi, yoxsa tərəflər arasındakı strateji rəqabət nəticədən asılı olmayaraq davam edəcək? Eyni zamanda, BRICS-in güclənməsi və Rusiya ilə Hindistan arasındakı əlaqələrin fəallaşması qlobal güc balansının dəyişməsinə nə dərəcədə təsir göstərə bilər? Həmçinin, Trampın Pekin səfərindən bir neçə ay sonra Si Cinpinin ABŞ-yə gözlənilən səfəri, Putinin isə Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra Hindistana getməsi bir-biri ilə paralellik təşkil edirmi? Mövzunu Oxu.Az-a şərh edən ABŞ-li politoloq Con Kavuliç bildirib ki, bu səfərin ticarət, iqtisadiyyat, maliyyə, hərbi, siyasi və ictimai sahələrdə ABŞ-Çin münasibətlərində ciddi və davamlı dəyişiklik yaradacağına ümid etmək üçün əsas yoxdur:
"Pekinlə Vaşinqton arasında hazırda hər iki hökumət üçün əməkdaşlıq sahələrindən daha vacib olan həddindən çox rəqabət istiqaməti mövcuddur. Sədr Si Çinin, Prezident Tramp isə ABŞ-nin qalib gəlməsini istəyir. Hər iki dövlət sistemi - kommunizm və demokratiya bir-biri ilə uzlaşmır. Buna görə də əməkdaşlıq hələ də çətin olaraq qalır". "Si Cinpinin Vaşinqtona səfəri çərçivəsində paytaxtla 300-400 kilometr məsafədə yerləşən Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməmək qərarı isə Pekinin BMT-yə hansı əhəmiyyəti verdiyini göstərir. Halbuki, yalnız görüntü baxımından belə, onun Baş Assambleyada çıxışı təşkilat və 193 ölkə içində xüsusən də kiçik üzv dövlətləri üçün simvolik əhəmiyyət kəsb edə bilərdi. Sədr Si sonuncu dəfə 2019-cu ildə Assambleyanın sessiyasında iştirak etmişdi", - deyə müsahibimiz vurğulayıb. Siyasi şərhçi İlqar Vəlizadə isə Oxu.Az-a açıqlamasında dedi ki, sözügedən səfərlər arasında müəyyən əlaqələrin olduğu qənaətindədir:
"Lakin BRICS-in öz gündəliyi, Tramp ilə Si Cinpin münasibətlərinin də öz dinamikası və məntiqi var. Çin-Rusiya münasibətləri bu ölkələrin maraqlarına söykənən bir dialoqdur. BRICS çoxtərəfli, Qlobal Cənubun beynəlxalq müstəvidə rolunun və təsirinin artmasını əks etdirən platformadır. Bu ölkələrin siyasi və iqtisadi çəkisi artdıqca, ambisiyaları da artır. Eyni zamanda bu proses Qərbin, xüsusi ilə Avropa İttifaqının (Aİ) mövqelərinin zəifləməsi fonunda baş verir. Düzdür, Amerika Birləşmiş Ştatları öz strateji mövqeyini saxlayır, amma yenə də məcbur olur ki, BRICS ölkələri ilə münasibətlər qursun. Çünki bu ölkələrin böyük bir hissəsi ABŞ-nin əsas ticarət tərəfdaşlarıdır". "Digər tərəfdən, Rusiya-Ukrayna və ABŞ-İran müharibəsi bu mənzərəyə təsir göstəir. ABŞ, Rusiya, Çin, Hindistan və digər oyunçular bu münaqişələri çərçivədə saxlamağa və üçüncü dünya müharibəsi səviyyəsinə gəlib çatmağa imkan verməməyə çalışırlar. Ona görə də bu cür görüşlər və müzakirələr vacibdir", - deyə analitik vurğulayıb. Onun sözlərinə görə, rəqabət dünya siyasi sisteminin vacib elementlərindəndir: "Keçirilən görüşlər də rəqabətin şiddətini aradan qaldırmır, sadəcə olaraq onu daha konstruktiv müstəviyə keçirməyə yönəlir. Yəni tərəflər müəyyən şərtlər əsasında münasibətlər qurur, həm rəqabət, həm də əməkdaşlıq davam edir. Əməkdaşlıq isə bu rəqabətin konfrantasiyaya çevrilmə ehtimalını azaldır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu gedişat və əlaqələr tərəflərin öz mövqelərini qorumağa çalışmasından və yeni qaydalar icad edib onu icra etmələrindən xəbər verir. Çünki bu qaydalar beynəlxalq siyasi sistemin zəifləməsi fonunda çox vacibdir. Belə qaydalar olmasa, dünya siyasi səhnəsi qaydasız bir oyuna çevrilə bilər ki, bu da böyük təhlükələrlə səciyyələnər".

Mənbə
oxu.az