Dünya
Yəməndə gərginlik artır: Husilərin mövqelərinə hava zərbələri endirildi
Yəmənin hökumət qüvvələri Qırmızı dəniz sahilində yerləşən və husilərin nəzarətində olan Moxa limanı istiqamətindəki hədəflərə hava hücumları təşkil edib. Oxu.Az xəbər verir ki, bu barədə "Saba" agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, silahlı qüvvələr İranın dəstəklədiyi husi qruplaşmasının yaraqlılarını, eləcə də onlara məxsus hərbi texnika və silah-sursatı məhv edib. Agentliyin bildirdiyinə görə, Yəmən hökumət qüvvələrinin rəsmi sözçüsü Macid Abdulla ən-Nazili hücumların şəhərdən 11 kilometr məsafədə yerləşən Moxa-Zubab avtomobil yolundakı husilərin canlı qüvvəsi və texnikasına da yönəldiyini vurğulayıb.
Mənbə
oxu.az