Digər
Rusiyada 2 maşın toqquşdu, biri yandı: 6 ölü - Foto
Ötən gün axşam saatlarında Rusiyanın Amur vilayətinin Blaqoveşensk-Qomelevka avtomobil yolunun 41-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, bu barədə regional Daxili İşlər İdarəsi məlumat yayıb.
"İnfiniti"nin sürücüsü qarşı hərəkət zolağına çıxaraq "Toyota Corona Premio" ilə toqquşub, zərbədən sonra birinci nəqliyyat vasitəsi alışıb.
Nəticədə 4 nəfər (hər iki avtomobilin sürücü və sərnişinləri) aldıqları xəsarətlərdən hadisə yerində həyatını itirib. Xəsarətlər alan iki sərnişin xəstəxanaya çatdırılsa da, onlar da orada dünyasını dəyişiblər.
Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir, həlak olanların şəxsiyyəti müəyyənləşdirilir.
Mənbə
axar.az