Cəmiyyət
Zəngilanda yaşayış məhəlləsinin tikintisinə 34 milyon manat ayrılacaq
"Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsin Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı açıq tender başa çatıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin yekun qiyməti 33 milyon 898 min manat təşkil edib. Tender çərçivəsində Zəngilan şəhərində yerləşən 2-ci yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Mənbə
oxu.az