Cəmiyyət

"Avtovağzal"dan bütün stansiyalara getmək olacaq

11 Sep 2026, 13:02 1 baxış
"Avtovağzal"dan bütün stansiyalara getmək olacaq

Bakı metropolitenində dörd keçid stansiyası olacaq.


Axar.az xəbər verir ki, bunu Oxu.az-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.


O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:


"Bakı metropoliteninin "bənövşəyi", "yaşıl" və "qırmızı" xətləri bir-biri ilə kəsişəcək və bu da sərnişinlərə bir xətdən digərinə keçid imkanı verəcək. Yəni "Avtovağzal" stansiyasından metroya daxil olan sərnişin "Nizami" stansiyasından keçməklə "Sahil" stansiyasına gedə biləcək.


Bu vaxta qədər "yaşıl" və "qırmızı" xətlər arasında yalnız bir keçid stansiyası var idi - "28 May" stansiyasında. "Yaşıl" xətdən gələn sərnişinlər bu stansiyadan "qırmızı" xəttə keçid edə bilirdilər. Amma indi təkcə "bənövşəyi" xəttin altı stansiyasının üçü həm də keçid funksiyası daşıyacaq. Sərnişin "Avtovağzal" stansiyasından metroya daxil olub, istəsə, "Memar Əcəmi" stansiyasından keçid edib "Elmlər Akademiyası" stansiyasına gələcək, istəsə, "Nizami" stansiyasından.


Digər keçid stansiyamız "Sahil" stansiyasının yanında inşa olunacaq. Bu keçid stansiyası vasitəsilə sərnişinlər "bənövşəyi" xəttin "Avtovağzal" stansiyasından metroya daxil olmaqla "Sahil" stansiyasına, oradan isə "qırmızı" xətt üzrə "Əhmədli", "Həzi Aslanov" stansiyasına gedə biləcəklər.


Daha bir keçid stansiyamız isə "Xətai" stansiyasının yanında inşa ediləcək ki, sərnişinlər bu stansiya vasitəsilə də digər xətlərə keçid edə biləcəklər. Bununla da metro stansiyaları yerüstü nəqliyyatın yükünü azaldacaq".

Mənbə axar.az

Oxşar Xəbərlər