Cəmiyyət

Xaçmazda əməliyyat: 7 nəfər saxlanıldı - Video

11 Sep 2026, 13:28 2 baxış
Xaçmazda əməliyyat: 7 nəfər saxlanıldı - Video

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası, satışı və saxlanılması ilə məşğul olan Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudov saxlanılıblar.


Axar.az xəbər verir ki, həmin şəxslərdən ümumi çəkisi 40 kiloqram olan 67 ədəd narkotik tərkibli kol və 3 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb.


Faktlarla bağlı cinayət işi başlanılıb.


Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mənbə axar.az

Oxşar Xəbərlər