Maraqlı

30, 40, 50 yaşdan sonra ürəyi necə qorumalı? - Kardioloqdan tövsiyələr

11 Sep 2026, 04:02 6 baxış
30, 40, 50 yaşdan sonra ürəyi necə qorumalı? - Kardioloqdan tövsiyələr
Kardioloq Dieqo Araiza müxtəlif yaşlarda olan insanlara infarktın qarşısının alınması (profilaktikası) ilə bağlı bəzi məsləhətlər verib. Oxu.Az bildirir ki, onun tövsiyələrini "Deia" nəşri dərc edib. Dieqo Araizanın sözlərinə görə, 30 yaşa qədər insanlar üçün əsas məqsəd risk faktorlarının yaranmasının qarşısını almaqdır. O bu yaşda tütün məhsulları, o cümlədən elektron siqaretlərdən imtina etməyi, kardioməşqlərlə məşğul olmağı, güc məşqləri etməyi, həmçinin rasionda şəkərin və ultraemal edilmiş məhsulların miqdarını azaltmağı tövsiyə edib. Həkim qeyd edib ki, 30-50 yaşlarda infarktın profilaktikası arterial təzyiq (qan təzyiqi), qlükoza, xolesterin və qlikozilləşdirilmiş hemoqlobin səviyyələri kimi vacib göstəricilərin monitorinqini əhatə edir. Həmçinin yaxşı yuxu və müntəzəm fiziki aktivlik də fundamental əhəmiyyət kəsb edir. Dieqo Araiza əlavə edib ki, 50 yaşdan sonra bir çox insana statinlər və yüksək arterial təzyiqə qarşı dərmanlar təyin edilir və müalicə planına ciddi şəkildə əməl etmək vacibdir. Bu mərhələdə qidalanma əsas rol oynayır. Mütəxəssis Aralıq dənizi pəhrizinə riayət etməyi tövsiyə edib. O vurğulayıb ki, fərdi risk faktorlarına uyğunlaşdırılmış müntəzəm tibbi müayinələrdən keçmək də vacibdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər