Cəmiyyət

Nazir təhsil siyasətinin effektivliyi üçün görülən işlərdən danışdı

08 Sep 2026, 11:54 38 baxış
Nazir təhsil siyasətinin effektivliyi üçün görülən işlərdən danışdı
"Beynəlxalq qiymətləndirmələrdə iştirak təhsil sistemində inkişafın obyektiv və beynəlxalq səviyyədə qəbul edilmiş meyarlarla ölçülməsi deməkdir". Oxu.Az xəbər verir ki, bunu PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, beynəlxalq qiymətləndirmələrdə iştirak ölkənin təhsil sisteminin vəziyyətini beynəlxalq meyar və standartlarla müqayisə etməyə, təhsil siyasətinin düzgün və effektiv aparılması üçün əsaslardan yararlanmağa imkan verir: "Beynəlxalq qiymətləndirmələr ölkənin təhsil göstəricilərinin inkişaf dinamikasını dövri olaraq izləməyə şərait yaradır. Eyni zamanda, təhsil istiqamətində beynəlxalq əməkdaşlığın və müsbət təcrübənin öyrənilməsi baxımından da əhəmiyyətlidir".
Mənbə oxu.az

Oxşar Xəbərlər