Dünya

Rusiya Almaniyanın baş konsulluğunu bağlayır: Diplomatlara ölkəni tərk etmək tapşırıldı

07 Sep 2026, 20:18 4 baxış
Rusiya Almaniyanın baş konsulluğunu bağlayır: Diplomatlara ölkəni tərk etmək tapşırıldı
Rusiya Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyət göstərməsinə verdiyi razılığı geri götürür. Konsulluq sentyabrın 18-dən gec olmayaraq fəaliyyətini dayandırmalı, bütün əməkdaşları isə Rusiya ərazisini tərk etməlidirlər. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin rəsmi saytında yayılan məlumatda bildirilib. "Almaniya tərəfinin Rusiyanın Bonndakı baş konsulluğunun və Berlindəki Rusiya Elm və Mədəniyyət Evinin bağlanması ilə bağlı düşmənçilik addımları ilə əlaqədar sentyabrın 7-də Rusiya Federasiyasındakı Almaniya Federativ Respublikasının müvəqqəti işlər vəkilinə aşağıdakı cavab tədbirlərinin qəbul edildiyi barədə məlumat verilib. Rusiya tərəfi Almaniya Federativ Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyət göstərməsinə verdiyi razılığı geri götürür. Konsulluq 2026-cı il sentyabrın 18-dən gec olmayaraq fəaliyyətini dayandırmalı, bütün əməkdaşları isə göstərilən tarixdən gec olmayaraq Rusiya Federasiyasının ərazisini tərk etməlidirlər", - deyə Rusiya XİN-dən bildirilib. Məlumatda qeyd olunur ki, Rusiya həmçinin Höte adına Almaniya mədəniyyət mərkəzlərini bağlayır. "Rusiya Federasiyasındakı Höte adına Almaniya mədəniyyət mərkəzləri fəaliyyətlərini dayandırmalıdır. Ezam olunmuş əməkdaşlarına 2026-cı il sentyabrın 13-dən gec olmayaraq Rusiyanı tərk etmək tapşırılıb", - deyə məlumatda qeyd olunub. "Moskva və Berlin münasibətlərində növbəti eskalasiyanın nəticələrinə görə məsuliyyət tamamilə AFR hakimiyyətinin üzərinə düşür. Bu barədə Moskvada AFR-in müvəqqəti işlər vəkili Bernd Finkeyə məlumat verilib", - deyə Rusiya XİN bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər