Dünya

Kaliforniyadakı pizzaxana narkoticarət üçün istifadə edilirmiş - FOTO

07 Sep 2026, 06:04 4 baxış
Kaliforniyadakı pizzaxana narkoticarət üçün istifadə edilirmiş - FOTO
ABŞ-nin Kaliforniya ştatında 50 yaşlı Hindistan vətəndaşı narkotik vasitələrin külli miqdarda satışı üçün "Round Table Pizza" restoranından istifadə etməkdə ittiham olunub. Oxu.Az "Fox News"a istinadən xəbər verir ki, restoranda 18 kiloqramdan çox narkotik vasitə, üç ədəd silah və 10 min dollardan çox nağd pul aşkarlanıb. ABŞ-də qanunsuz yaşayan Kaval Prit Sinqh məhkəmə iclasında özünü təqsirli bilməyib. Federal prokurorların iddiasına görə, o, Dinuba şəhərindəki restorandan qanunsuz maddələrin paylanması üçün istifadə edib. Hazırda həmin obyekt bağlanıb. "Round Table Pizza" şirkətindən bildirilib ki, Sinqh sözügedən filialda təxminən bir ay yarım çalışıb. Restoran müstəqil sahibkarlar tərəfindən idarə olunub. Mülkiyyətçilərin qanunsuz fəaliyyətdən xəbərsiz olduğu və hazırda istintaqla əməkdaşlıq etdiyi qeyd edilib. Sinqh növbəti məhkəmə iclasınadək azadlıqda qalacaq. Ona qarşı narkotik vasitələr və silahla bağlı federal ittihamlar irəli sürülüb.
{{gallery}}
Kaliforniyadakı pizzaxana narkoticarət üçün istifadə edilirmiş - FOTO Kaliforniyadakı pizzaxana narkoticarət üçün istifadə edilirmiş - FOTO Kaliforniyadakı pizzaxana narkoticarət üçün istifadə edilirmiş - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər